Daxili İşlər Nazirliyi dünən Xətai rayonundakı 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi barədə məlumat yayıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, sentyabrın 25-də saat 20 radələrində Xətai rayonu Zığ yolu küçəsində Bakı şəhər sakinləri Anar Naibovun idarə etdiyi “Opel”, Rüfət Salmanovun idarə etdiyi “QAZel” və Şahin Nərimanovun idarə etdiyi “VAZ-2107” markalı avtomobillər toqquşmuşdur.
Ş.Nərimanov və sərnişini - Bakı şəhər sakini Samirə Bayramova hadisə yerində ölmüş, A.Naibov xəstəxanaya yerləşdirilmişdir.
Xətai RPİ tərəfindən araşdırma aparılır.
Qeyd edək ki, toqquşması nəticəsində həlak olan 24 yaşlı Bayramova Samirə Afət qızı müğənnidir. S.Bayramova bir müddət əvvəl ailə həyatı qurubmuş və hamilə imiş.
24.09.2014 22:26
Bakının Zığ yolunda 2 nəfərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə şahidlərindən Oxu.Az-a verilən məlumata görə, 90 KX 776 dövlət nomrə nişanlı VAZ 2107 markalı avtomobil , 10 XN 315 dövlət nomrə nişanlı Qazel markalı avtomobil və 99 EK 323 dövlət nomrə nişanlı Opel Vectra markalı avtomobil toqquşub.
Hadisə nəticəsində 99 EK 323 dövlət nomrə nişanlı Opel Vectra markalı avtomobil aşıb, 90 KX 776 dövlət nömrə nişanlı VAZ 2107 markalı avtomobilin sürücüsü 1988-ci il təvəllüdlü Nərimanov Şahin Nadir oğlu və sərnişin 1990-cı il təvvəlüdlü Bayramova Samirə Afət qızı hadisə yerində ölüblər. S.Bayramova bir müddət əvvəl ailə həyatı qurubmuş və hamilə imiş.
Fövqəladə Hallar Nazirliyi xilasediciləri meyitləri deformasiyaya uğramış avtomobildən çıxarıblar.
Faktla bağlı araşdırma aparılır.
Elvin Əhmədov
www.oxu.az