Bakıda piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.
Oxu.Az xəbər verir ki, Yasamal rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinin inzibati binasının qarşısında qeydə alınıb.
“Hyundai” markalı avtomobil yolu keçən piyada, 1938-ci il təvəllüdlü Səmədağa Mövlan oğlu Paşayevi vurub.
Piyada hadisə yerində ölüb, sürücü isə yüngül bədən xəsarətləri alıb.
Faktla bağlı araşdırma aparılır.