Bakıda Xəzər dənizinin sahilindən qadın meyiti tapılıb.
Oxu.Az xəbər verir ki, Xəzər Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, bu gün saat 16:00 radələrində Xəzər dənizinin Buzovna qəsəbəsinə düşən sahilində suda boğulmuş naməlum qadın meyiti aşkar edilib.
Araşdırmalar zamanı meyiti tapılan şəxsin Buzovna qəsəbə sakini, 1969-cu il təvəllüdlü Həqiqət Məmməd qızı Mirzəyeva olması müəyyən edilib.
Ailəsinin verdiyi məlumata görə, H.Mirzəyeva səhər saatlarında evdən çıxıb və geri qayıtmayıb. Onun intihar etdiyi ehtimal edilir.