Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda dənizə yaxın açıq ərazidə yanğın məhdudlaşdırıldı
Bakının Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın məhdudlaşdırılıb.
Oxu.Az-ın Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən verdiyi xəbərə görə, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələrinin çevik müdaxiləsi sayəsində Bakı şəhərinin Səbail rayonunda dənizə yaxın açıq ərazidə baş vermiş yanğın ətraf ərazilərə yayılmasına imkan verilmədən qısa müddətdə məhdudlaşdırılıb.
Hazırda yanğının tam söndürülməsi istiqamətində əməliyyat davam edir.
17:26
Bakının Səbail rayonunda dənizə yaxın açıq ərazidə yanğın başlayıb.
APA-nın xəbərinə görə, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunublar.
Hazırda yanğınsöndürmə işləri həyata keçirilir.