Bakıda elektronika mağazalarının birində oğurluq hadisəsi baş verib.
Oxu.Az-ın Azxeber.com-a istinadən verdiyi məlumata görə, oğurluğun baş verdiyi satış mərkəzində hadisə təhlükəsizlik kameraları tərəfindən anbaan lentə alınıb.
Mağazaya daxil olan orta yaşlı kişi öncə kompüterlərə diqqətlə baxır. O, izlənmədiyinə əmin olduqdan sonra "Apple" markalı, dəyəri 3 min manat olan noutbuku paltosunun altına qoyaraq mağazanı tərk edir.
Hadisə ilə bağlı polisə müraciət etdiyini deyən sahibkar bu şəxsi tanıyanlardan polisə məlumat vermələrini rica edir.
A.M.