Bakıda dünən bir neçə dilənçi saxlanılıb.
Daxili İşlər Nazirliyindən Oxu.Az-a bildiriblər ki, ümumilikdə 9 dilənçiliklə məşğul olan şəxs saxlanılıb.
Binəqədi Rayon Polis İdarəsi 6-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində 7 nəfər, Nərimanov Rayon Polis İdarəsi 18-ci Polis Bölməsi əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində, paytaxt ərazisində dilənçiliklə məşğul olan 2 nəfər saxlanılaraq barələrində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə protokol tərtib olunub.
E.Ə.
www.oxu.az