Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda doğulan dördəmin şəhadətnamələri təqdim olunub - FOTO
Bakıda doğulan dördəmin doğum haqqında şəhadətnamələri bu gün Ədliyyə Nazirliyi tərəfindən ailəyə təqdim edilib.
Təqdimat Yasamal rayonunda yerləşən Heydər Əliyev Mərkəzində baş tutub.
Oxu.Az xəbər verir ki, Məmmədli ailəsində 31 mart 2023-cü ildə dördəm dünyaya gəlib.
Uşaqlara ailə Heydər, İlham, Mehriban və Ərdoğan adlarını verib.
Qeyd edək ki, Məmmədli ailəsinin ilk övladı qızdır. Ayan adlı qızın yeddi yaşı var.
Daha çox foto burada: PhotoStock.Az
Könül Cəfərli
"Ədliyyə Nazirliyi" teqi üzrə xəbərlər
Ən çox oxunanlar