Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda dönmə əməliyyatı edən avtomobillər toqquşub - XƏSARƏT ALAN VAR
Bakıda iki nəqliyyat vasitəsinin toqquşması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, hadisə Nəsimi bazarı yaxınlığında qeydə alınıb.
Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin baş inspektoru Rüstəm Əhmədli Oxu.Az-a açıqlamasında faktı təsdiqləyib.
O qeyd edib ki, hadisə Nəsimi rayonu, Ceyhun Hacıbəyli küçəsi ilə Mirəsədulla Mirqasımov küçəsinin kəsişməsində qeydə alınıb.
"Cavid Əliağa oğlu Xudaverdiyevin etibarnamə əsasında idarə etdiyi 10-MX-646 dövlət nömrə nişanlı "Mitsubishi Galant" markalı avtomobillə Mehman Məhəmməd oğlu Nəcəfovun etibarnamə əsasında idarə etdiyi 77-MO-698 dövlət qeydiyyat nişanlı "Nissan Note" markalı minik avtomobili toqquşub.
Hadisə nəticəsində Nailə Rafiq qızı Xudaverdiyeva xəsarət alıb. Faktla bağlı araşdırma aparılır ",- deyə R. Əhmədli bildirib.
Əzizə İsmayılova