Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda doqquzuncu sinif şagirdi intihar edib? - İDDİA + YENİLƏNİB
Sulutəpə qəsəbəsində yerləşən 313 nömrəli məktəbin rəhbərliyi intihara cəhd edən məktəbli ilə bağlı yayılan məlumatlara aydınlıq gətirib.
313 nömrəli tam orta məktəbdən Oxu.Az-a verilən açıqlamaya görə, 9-cu sinif şagirdi məktəbdə texniki işçi kimi çalışan anasının arxasınca gəlib:
“Məktəbli yıxılaraq ayağından xəsarət alıb. Qeyd edək ki, məktəbə dərhal təcili tibbi yardım çağırılıb. Həkim müayinəsi zamanı şagirdin ayağında sınıq olduğu aşkar edilib. Daha sonra müvafiq tibbi yardım və zəruri tədbirlər görülüb. Şagird tibbi müayinələrdən keçirilib, hazırda vəziyyəti qənaətbəxşdir”.
14:38
Özünü məktəbin üçüncü mərtəbəsindən atdığı deyilən məktəblinin vəziyyəti ağır-stabil olaraq qiymətləndirilir.
Respublika Kliniki Xəstəxanasından Oxu.Az-a verilən məlumata görə, hadisə nəticəsində 2005-ci il təvəllüdlü qız qapalı kəllə-beyin travması alıb:
“Həkim müayinəsi zamanı ona 12-ci döş fəqərəsinin sınığı, sol baldır sümüyünün açıq sınığı diaqnozları qoyulub. Məktəbli qızın vəziyyəti ağır-stabildir”.
14:33
Bakıda intihar etdiyi iddia edilən məktəblinin vəziyyəti ağırdır.
Səhiyyə Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, paytaxtın Binəqədi rayonu, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım stansiyasına çağırış daxil olub.
Stansiyadan verilən məlumata görə, müxtəlif dərəcəli bədən xəsarətləri alan yaralı Respublika Kliniki Xəstəxanasına aparılıb. Təcili Tibbi Yardım briqadasının həkimləri yaralının vəziyyətinin ağır olduğunu deyiblər.
14:27
Bakının Sulutəpə qəsəbəsindəki 313 saylı məktəbin doqquzuncu sinif şagirdinin üçüncü mərtəbədən yıxılması ilə bağlı sosial şəbəkələrdə fərqli fikirlər söylənilib.
Qeyd olunur ki, məktəbli qız özünü üçüncü mərtəbədən ataraq intihara cəhd edib.
İlkin səbəb kimi, məktəb direktoru şagirdi növbəti sinifə keçirməyib və məktəbdən uzaqlaşdırılacağını bildirib.
Şagird də buna etiraz olaraq intihara əl atıb.
Könül Cəfərli
13:06
Bakıda doqquzuncu sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılıb.
APA-nın məlumatına görə, hadisə Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 313 saylı məktəbdə baş verib. Həmin məktəbdə IX sinifdə oxuyan qız üçüncü mərtəbədən yıxılaraq, ağır xəsarət alıb.
Məktəbli təcili xəstəxanaya aparılıb.
Səhiyyə Nazirliyindən verilən məlumata görə, Sulutəpə qəsəbəsində 313 nömrəli məktəbdə 15 yaşlı şagirdin hündürlükdən yıxılması barədə Təcili Tibbi Yardım Stansiyasına çağırış daxil olub.
Stansiyadan bildirilib ki, yaralı sol budun aşağı 1/3-nin açıq sınığı diaqnozu ilə Respublika Kliniki Xəstəxanasına aparılıb.
"Bakı" teqi üzrə xəbərlər
- Annalena Berbok: "Bakıda bütün qitələrdə iqlim koalisiyalarının yaradılması üzərində çalışırıq"
- "The Telegraph": "Bakı gözlədiyinizdən daha çoxunu təklif edir"
- Qarabağ qazisi Bakıda binaları COP29-a uyğun rəsmlərlə bəzədi
- Əfsanəvi Ronaldinyo Bakıya COP29-la bağlı səfərindən paylaşım edib
- Dünya futbolunun əfsanəsi Ronaldinyo Azərbaycana gəlib
Rəylər