Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Bakıda ər boşanmaq istəyən arvadının qulağını kəsdi
Bakının Sabunçu rayonunda ər arvadının üzünə bıçaqla xəsarət yetirib, qulağını kəsib.
Oxu.Az "Teleqraf"a istinadla xəbər verir ki, hadisə aprelin 4-də Bilgəh qəsəbəsində baş verib.
1995-ci il təvəllüdlü Zəhra Ramiz qızı Bayramova yaşadığı evdə həyat yoldaşı ilə mübahisə edib. Mübahisəyə səbəb isə qadının boşanmaq istəyi olub. Bundan hiddətlənən onun əri Z.Bayramovanın əvvəlcə qulağını kəsib, daha sonra onun üzünə bıçaqla xəsarətlər yetirib. Ər qadının kəsilmiş qulağını onun cibinə qoyub.
Z.Bayramova Sabunçu Tibb Mərkəzinə yerləşdirilib. Həkimlər qadının vəziyyətini orta-ağır kimi qiymətləndirirlər.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsinin 14-cu Polis Bölməsində araşdırma aparılır.
"ailə münaqişəsi" teqi üzrə xəbərlər
- Üç övladının gözü qarşısında ərinin qatili oldu - Ağır cinayət törədən Aysu AZADLIĞA BURAXILDI
- Paytaxtda qadın ərini bıçaqlayıb
- "Təmizkar deyilsən" dedi, arvadını döydü
- Kişi gecələr evə gec gələn arvadına xəsarət yetirdi
- 28 yaşını qeyd etdikdən üç gün sonra qardaşı tərəfindən vəhşicəsinə öldürülən Şəbnəmin GÖRÜNTÜLƏRİ