Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin

Bakıda əsas küçələrdən birində hərəkət qismən məhdudlaşdırılacaq
Akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Oxu.Az xəbər verir ki, bu barədə Azərbaycan Avtomobil Yollar Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.
Bildirilib ki, akademik Həsən Əliyev küçəsi - metronun "Koroğlu" stansiyası yeni avtomobil yolu layihəsi çərçivəsində Nərimanov rayonu, Əhməd Rəcəbli və Mirzə Uluqbəy küçələrinin kəsişməsindəki ("Şəki" restoranının qarşısında) dairədə aparılan əsaslı yenidənqurma işləri ilə əlaqədar olaraq, 17 mart saat 6:00-dan etibarən akademik Həsən Əliyev küçəsindəki dairədə nəqliyyat vasitələrinin hərəkəti mərhələli şəkildə məhdudlaşdırılacaq.
Məlumata görə, sürücülərdən sözügedən ərazidə yol hərəkəti qaydalarına və tikinti ərazisində quraşdırılan müvəqqəti yol nişanlarının tələblərinə riayət etmələri xahiş olunur.
"Yollarda hərəkətin məhdudlaşdırılması" teqi üzrə xəbərlər
- Bakının bir küçəsində avtomobillə hərəkət tam məhdudlaşdırılacaq
- BDYPİ paytaxtdan Quba istiqamətində gedən sürücülərə xəbərdarlıq edib
- Bakının əsas prospektlərindən birində hərəkət qismən məhdudlaşdırılacaq
- Dövlət agentliyi sürücüləri Bakı-Qazax yolunda diqqətli olmağa çağırıb
- Sürücülərin DİQQƏTİNƏ: Bakıda bir neçə yolda təmir işləri aparılır