Paytaxt ərazisində partlayış səsləri eşidilir.
Oxu.Az xəbər verir ki, bununla bağlı sosial şəbəkə istifadəçiləri tərəfindən paylaşımlar edilir.
Belə ki, məlumatlarda səslərin Bakının əksər ərazilərində, hətta Xırdalan şəhərində eşidildiyi qeyd edilir.
Oxu.Az-ın əldə etdiyi məlumata görə, səslər Abşeron rayonu ərazisində keçirilən hərbi təlimlərlə əlaqəlidir.
Könül Cəfərli