Bakının mərkəzi hissəsində yol kənarında yerləşən tikililər sökülür.
Oxu.Az Milli.Az-a istinadən xəbər verir ki, Ceyhun Hacıbəyli küçəsi boyu yerləşən ev və obyektlər sökülməyə başlanıb.
Artıq böyük bir ərazi sökülərək təmizlənib.
Nərimanov rayon İcra Hakimiyyətindən bildirildi ki, işlər Bakı şəhər İcra Hakimiyyətinin (BŞİH) Mənzil-kommunal Təsərrüfat Departamenti tərəfindən aparılır.
BŞİH-dən bildirildi ki, həmin ərazidə abadlıq işləri aparılır.
Bu səbəbdən ərazidəki xırda tikililər sökülür. Yolun genişləndirilməsi də nəzərdə tutulub.





