Bakıda yanğın hadisəsi baş verib.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a daxil olan məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 1 otaqlı evinin yanar konstruksiyaları və ev əşyaları yanıb.
Bağ sahəsi yanğından mühafizə olunub. Yanğın saat 04:54-də yağınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az