Hadisə hava limanı yolunun üzərində yerləşən Komsomol dairəsi ərazisində baş verib.
Oxu.Az xəbər verir ki, Milli.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yüklə dolu avtomobilin Komsomol dairəsində təkəri partlayıb və qəza şəraiti yaranıb.
Hadisə yerinə təcili yol polisinin əməkdaşları gəliblər. Yol bağlanıb.
Hadisə şahidlərinin verdiyi məlumata görə, qəzaya səbəb sürücünün yol qaydasını pozaraq əks yola çıxması olub. Lakin sürücü Milli.Az-a qayda pozuntusuna məcburiyyət qarşısında yol verdiyini deyib. Onun sözlərinə görə, avtomobil hərəkətdə olarkən təkər partlayıb və yoldan çıxıb hərəkətə mane olmamaq üçün qaydanı pozmaq məcburiyyətində qalıb.
Lakin hadisə bununla bitməyib. Belə ki, qəzaya uğrayan avtomobili yoldan çıxarmaq üçün cəlb olunan evaukatorda da nasazlıq yaranıb. Yük avtomobili evaukator maşınının üzərinə yerləşdirildikdən sonra evaukatorun yük yerində nasazlıq yaranıb və maşın aşmaq təhlükəsi ilə üzləşib.