Bakıda avtobusun iştirakı ilə zəncirvari qəzadan sonra Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsi sərnişindaşıma ilə məşğul olan fiziki və hüquqi şəxslərə xəbərdarlıq edib.
Qurumdan qəza ilə bağlı verilən açıqlamada bildirilib ki, iyulun 4-də paytaxtın S.S.Axundov küçəsində, metronun “Azadlıq Prospekti” stansiyasının çıxışında “Daewoo” markalı 10-TG-828 nömrə nişanlı avtobusun əyləcinin tutmaması səbəbindən yol-nəqliyyat hadisəsi baş verib, ölüm halı olmasa da, doqquz avtomobilə maddi ziyan dəyib.
“Təəssüf ki, son zamanlar istismara yararsız avtobus və mikroavtobuslarla sərnişindaşıma hallarına tez-tez rast gəlinir.
Yollarda təhlükəsizliyin təmin olunması və baş verə biləcək ağır qəzaların qarşısının alınması məqsədilə BDYPİ respublika ərazisində sərnişindaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin bir daha diqqətinə çatdırır ki, reysqabağı avtobus və mikroavtobusların texniki vəziyyətinin yoxlanılmasını ciddi nəzarətdə saxlasınlar, xüsusən yay aylarında sürücülərin tibbi müayinəsinə və iş rejimlərinə nəzarət gücləndirilsin”, - deyə xəbərdarlıqda qeyd olunur.
10:44
Ötən gün Bakıda zəncirvari yol-nəqliyyat hadisəsi verib.
“Unikal”ın məlumatına görə, hadisə metronun “Azadlıq Prospekti” stansiyasının yaxınlığında baş verib. Belə ki, əyləci tutmayan avtobus bir neçə avtomobili əzib.
Qəza zamanı 10-dan çox avtomobilə zərər dəyib.