Füzuli rayonunun Kürdmahmudlu kəndi ərazisində baş verən yol-nəqliyyat hadisəsi ilə əlaqədar dörd nəfər (hər biri kişi cinsi olmaqla) TƏBİB-in tabeliyindəki Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Onların hər birinə zəruri tibbi xidmətlər göstərilib.
Hazırda vəziyyəti stabil olan 3 nəfərin müalicəsi Təcili tibbi yardım şöbəsində, vəziyyəti ağır olan 1 nəfərin müalicəsi isə Reanimasiya şöbəsində davam etdirilir.
15:46
Füzuli rayonunda Azərbaycan Minatəmizləmə Agentliyinin (ANAMA) əməkdaşları qəzaya düşüblər.
Bu barədə ANAMA-nın Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, hadisə iyulun 5-də rayonun Kürdmahmudlu kəndi ərazisində qeydə alınıb.
Məlumata görə, hadisə nəticəsində Agentliyin əməkdaşları Orxan Məhərrəmov, Ceyhun Hacıyev, Afiq Aslanov və Elnur Əhmədov xəsarət alıb.
Xəsarət alan şəxslər Füzuli Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
“Qəza iş saatından sonra əməkdaşın şəxsi avtomobili ilə hərəkətdə olduğu zaman baş verib”, - məlumatda qeyd edilib.