Bakının mərkəzində daha bir qəza baş verib.
Oxu.Az-ın xəbərinə görə, Qış Parkının yaxınlığındakı BMW markalı avtomobillə “Toyota Prius” markalı maşın toqquşub.
Qeyd edək ki, “Toyota Prius”u məşhur taksi şirkətlərindən birinin sürücüsü sürürmüş.
Xatırladaq ki, bir neçə saat öncə Qış Parkı yaxınlığında bənzər hadisə qeydə alınmışdı. Həmin qəzada “Toyota Prius”la KIA markalı nəqliyyat vasitələri toqquşmuşdu.
