Bakıda ölümlə nəticələnən zəhərlənmə hadisəsi baş verib.
Oxu.Az lent.az-a istinadən xəbər verir ki, Şəmkir rayon sakini, 1965-ci il təvəllüdlü Qurbanov Aydın Rasim oğlu spirtli içkidən (araq) zəhərlənmə diaqnozu ilə 3 saylı şəhər xəstəxanasına aparılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Bildirilir ki, 52 yaşlı A.Qurbanov qeyri-sağlam həyat tərzi sürürmüş.
Faktla bağlı araşdırma aparılır.
A.M.