Dünən Xəzər dənizinin Nardaran qəsəbəsi hissəsində boğulan bacılar dəfn edilib.
Baku TV əməkdaşları həmin ailənin evində olub.
Qonşu Alı Vahidov bildirib ki, ailənin böyük qızı Aysel Abdullayeva bu il yüksək balla Bakı Dövlət Universitetinə qəbul olub.
“Bu hadisəni qeyd etməyə getmişdilər dənizə, qeyd edə bilmədilər”, – deyə o bildirib.
Daha ətraflı Baku TV-nin süjetində:
09:44
Bakıda Xəzər dənizində vəzifəli şəxsin iki qızı boğularaq ölüb.
“Report” xəbər verir ki, hadisə Nardaran qəsəbəsindəki çimərlikdə baş verib.
Belə ki, dənizə girmiş 17 yaşlı Aysel və 15 yaşlı Aysun Abdullayevalar boğulub. Onların həyatını xilas etmək mümkün olmayıb.
Məlumata görə, dünyasını dəyişən Aysel Abdullayevanın bu il yüksək balla ali məktəbə qəbul olduğu bildirilir.
Boğularaq ölən şəxslər Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Mühafizə Alayının əməkdaşı Asəf Abdullayevin övladlarıdır.
01:02
Xəzər dənizinin Nardaran qəsəbəsi hissəsində iki bacı boğulub.
“Qafqazinfo” xəbər verir ki, dənizdə batan bacılardan Ayselin 17, Aysunun isə 15 yaşı olub.
Böyük bacının meyiti artıq dənizdən çıxarılıb, balaca bacının axtarışları hələ davam edir.
Qeyd edək ki, Aysel bu il yüksək balla universitetə qəbul olubmuş. Onların atası hərbçi, anası evdar qadındır. Ailə 4 nəfərdən ibarət olub.
Nəzrin Vahid