Sosial şəbəkədə minimum əmək haqqının 6-7 qatı qiymətinə satılan it elanı paylaşılıb.
Oxu.Az xəbər verir ki, ANS PRESS-in məlumatına görə, dünyanın ən balaca iti olduğu bildirilən heyvana 1200 AZN qiymət biçilib.
Qeyd edilib ki, “Tea cup Yorkshire Terirer” cinsindən olduğu bildirilən itin ağırlığı cəmi 1.5 kq-dır.
Elanda itin sağlam olması barədə sənədlə təminat verildiyi də göstərilib.
