Bakıda fəhlə faciəli şəkildə ölüb.
Oxu.Az-ın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, hadisə oktyabrın 1-də Xətai rayonu A.Cəlilov küçəsində yeni inşa edilməkdə olan 18 mərtəbəli binada qeydə alınıb.
Orada işləyən Bakı şəhər sakini Ramil Abbasov binanın 18-ci mərtəbəsindən yıxılaraq hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı araşdırma aparılır.
E.Ə.
www.oxu.az