Bakıda daş sexində ölüm faktı qeydə alınıb.
Oxu.Az Daxili İşlər Nazirliyinin məlumatına istinadla xəbər verir ki, iyulun 14-də saat 21 radələrində, Binəqədi rayon ərazisində, Bakı şəhər sakini Zahir Babayevə məxsus daş sexində, orada işləyən paytaxt sakini Xalid Məmmədovu elektrik cərayanı vurub və nəticədə o ölüb.