Yanvarın 18-də Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Nərimanov rayonunda iki nəfər mənzildə bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb.
Oxu.Az xəbər verir ki, dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, zərərçəkmişlər giriş qapısının dəfələrlə döyülməsinə və telefon zənglərinə reaksiya vermirlər.
Xilasedicilər doqquzmərtəbəli yaşayış binasının 8-ci mərtəbəsində yerləşən mənzilin eyvanına təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsilə doqquzuncu mərtəbədəki mənzilin eyvanından enərək içəri daxil olublar.
Mənzilə baxış keçirilərkən vətəndaşlar yatmış vəziyyətdə aşkar olunub və aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 09:32-də başa çatıb.