İyulun 7-də Bakıda keçirilən “Formula-2” yarışı zamanı qəza baş verib.
Oxu.Az FHN-in saytına istinadın xəbər verir ki, Səbail rayonunda, Bakı buxtasında keçirilən motorlu qayıqlar üzrə “Formula-2” yarışmasında iştirak edən qayıqlardan ikisi qəzaya uğrayıb.
Dərhal qəzaya uğramış qayıqlar və onların pilotları Fövqəladə Hallar Nazirliyinin ərazidə rezin qayıqlarla patrul xidməti həyata keçirən dalğıc-xilasediciləri tərəfindən sahilə çıxarılıb
Qeyd edək ki, yarışda İsveçin “Getel Racing” komandasının pilotu Erik Stark qalib gəlib. “Azərbaycan” komandasının üzvü Cohan Andersson ikinci, Latviyanın “Riga powerboat” kollektivinin pilotu Ulvis Slakteris isə üçüncü olub.