Avqustun 18-də Bakı şəhərinin Səbail rayonunda qətl hadisəsi törədilib.
Oxu.Az Lent.az-a istinadən xəbər verir ki, Rayon Polis İdarəsindən verilən məlumata görə, Üzeyir Hacıbəyov küçəsi 45 ünvanında yerləşən gecə klubunda Binəqədi qəsəbəsi, 3-cü mədən yaşayış massivində yaşayan 1990-cı il təvəllüdlü Səfərov Səbuhi Eldar oğlu bıçaqlanıb.
23 yaşlı oğlan aldığı xəsarətlərdən hadisə yerindəcə keçinib
Gecə klubunda baş vermiş qətl hadisəsi il bağlı cinayət işi başlanılıb, əməliyyat-axtarış və istintaq tədbirləri həyata keçirilir.