Bakının Nizami rayonunda yol-nəqliyyat hadisəsi baş verib.
APA xəbər verir ki, qəza Qara Qarayev prospektində qeydə alınıb.
1994-cü il təvəllüdlü Yaqubov Fəqan Əşrəf oğlu yolun piyadalar üçün nəzərdə tutulmamış hissəsindən keçərkən onu minik avtomobili vurub. Yaralı bədənin müxtəlif xəsarətləri ilə xəstəxanaya yerləşdirilib.
Faktı Nizami Rayon Polis İdarəsinin əməkdaşları araşdırır.