Bakıda sürücünün telefonla oynaması qəzaya səbəb olub.
Oxu.Az xəbər verir ki, hadisə bu gün paytaxtın Heydər Əliyev prospektində baş verib.
Kimliyi müəyyənləşdirilməyən şəxs “LADA Priora” markalı avtomobilini idarə edərkən telefonla dostları ilə canlı əlaqə yaradıb və onu gözləyən şəxslərə hazırda yolda olduğunu deyib.
Hərəkət zamanı yolu çəkən sürücü bir anlıq diqqətsizlik nəticəsində maşınını qarşıdakı başqa avtomobilə vurub.
Qəzanın görüntüləri sosial şəbəkədə yayılıb.
Bakıda gənc öz düşdüyü qəzanı lentə aldı - VİDEO
Rəylər