Hadisə Binəqədi rayonunda baş verib.
Rayon Polis İdarəsindən Milli.Az-a verilən məlumata görə, bir neçə gün əvvəl 25 yaşlı Çinarə Ağagülova evdən çıxıb və geri qayıtmayıb.
O, mayın 31-də evdə olan əşyalarını toplayaraq evi tərk edib. O vaxtdan Çinarəni görən olmayıb.
Mağazada satıcı işləyən Ç.Ağagülovanın ərindən boşandığı bildirilir. Hazırda onun axtarışı davam etdirilir.
www.milli.az
Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin