Bakının Sabunçu rayonunda bir nəfəri avtomobil vurub.
APA xəbər verir ki, hadisə Sabunçu qəsəbəsində baş verib.
2000-ci il təvəllüdlü Günel Cəbrayılova yolu keçərkən onu minik avtomobili vurub. Yaralı xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.