Bakıda gömrük terminalında meyit tapılıb.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə fevralın 19-da qeydə alınıb. Qaradağ rayonu Lökbatan qəsəbəsinin ərazisində yerləşən terminalının dayanacağında avtomobillərdən birinin altında Ağdaş rayon sakini - 1994-cü il təvəllüdlü Ələddin İsrafilovun meyiti aşkarlanıb.
Meyitin üzərində zorakılıq əlamətləri müşahidə olunmayıb.
Faktla bağlı araşdırma aparılır.