Güclü külək səbəbindən küçədə xəsarət alanların sayı 7-yə çatıb.
TƏBİB-dən Oxu.Az-a verilən məlumata görə, yaralananların ümumi vəziyyəti stabil olaraq qalıb.
Bu saata qədər xəsarət alanların hamısı qadındır. Onların hər birinə TƏBİB-in tabeliyindəki tibb müəssisələrində yardım göstərilir.
14:20
Bakıda güclü külək səbəbindən xəsarət alanlar var.
Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyindən məlumat verilib.
Bildirilib ki, Bakıda hava şəraiti ilə əlaqədar küləyin fəsadlarından 6 nəfər (qadın) müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yaralananlar Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının briqadaları tərəfindən xəstəxanaya çatdırılıblar.
Könül Cəfərli