Azexport.az portalı vasitəsilə “ABAD” məhsulları olan xalq sənətkarlığı nümunələri “Amazon” və “eBay” elektron ticarət platformalarında satışa çıxarılıb.
Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi məlumat yayıb.
Bildirilib ki, layihənin başlıca məqsədi “ABAD” üzvləri olan fərdi şəxslər tərəfindən ərsəyə gətirilən məhsulların ixrac potensialının artırılması, həmçinin Azərbaycanın xalq sənətkarlığı nümunələrinin beynəlxalq rəqəmsal mühitdə təbliğinə əlavə dəstək göstərməkdir.
Hazırda “Amazon” və “eBay” platformalarında satışlar əsasən “B2C” və “C2C” seqmentlər arasında həyata keçirildiyindən çəki, qabarit və növü beynəlxalq poçt daşıma tələblərinə cavab verən məhsullar portallara inteqrasiya olunub.
Nümayiş etdirilən məhsul sayının və çeşidinin mərhələli şəkildə artırılması nəzərdə tutulub.