Bakıda çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.
Oxu.Az FHN-nin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Nəsimi rayonunda çoxmərtəbəli yaşayış binasının dördüncü mərtəbəsində vətəndaşa məxsus ümumi sahəsi 96 kv.m olan 2 otaqlı mənzilin mətbəxinin yanar konstruksiyaları 20 kv.m sahədə yanıb.
Yanğın zamanı 1 nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb və yuxarı mərtəbələrdən 20 nəfər sakin yanğınsöndürənlər tətəfindən təxliyyə olunub.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub.
Yanğın saat 05:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az