Fövqəladə Hallar Nazirliyi Bakı şəhərində çoxmərtəbəli binaya bitişik yarımtikilidə baş verən yanğınla bağlı açıqlama verib.
FHN-dən Oxu.Az-a bildirilib ki, yanğın nəticəsində 19 mərtəbəli yaşayış binasının ərazisində 10 kvadratmetr sahə yanıb:
“Eyni zamanda, sahədə məişət tullantıları, yaxınlıqda sahəsi 20 kvadratmetr olan vinil materialdan ibarət reklam lövhəsi, BMW və “Hyundai” markalı minik avtomobillərinin ön hissələri yanıb. Avtomobillərin qalan hissəsi, yaxınlıqda olan digər nəqliyyat vasitələri və bina yanğından mühafizə olunub. Yanğın qısa zamanda söndürülüb”.
14:24
Bakı şəhərində çoxmərtəbəli binaya bitişik yarımtikilidə güclü yanğın başlayıb.
Oxu.Az-ın məlumatına görə, hadisə Mehdi Mehdizadə küçəsində qeydə alınıb.
Yanğının səbəbləri məlum deyil.
Həmin görüntüləri təqdim edirik:
View this post on Instagram"Fövqəladə Hallar Nazirliyi (FHN)" teqi üzrə xəbərlər
- Taksi sürücüsünün 30 il əvvəlki qətli: İttiham olunanlardan təzminat tələb edildi
- Masazırda ağır qəza: "Changan" və ZiL toqquşdu, xəsarət alan var - Video
- Azərbaycanda bir sıra dövlət qurumlarının saytlarına kiberhücum olub - Rəsmi
- Kəmaləddin Heydərov idarə rəisini işdən çıxartdı
- Hərəkətdə olan sərnişin avtobusu alışıb yandı - Foto
Digər xəbərlər