Heydər Əliyev prospekti 133C ünvanında yerləşən boya sexində başlayan yanğın söndürülüb.
Bu barədə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
12:04
Bakı şəhərinin Nərimanov rayonunda sexdə başlayan yanğın 250 kvadrat metrə yaxın ərazini əhatə edib.
Oxu.Az-ın hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, hadisə "Metprof" MMC-də baş verib.
Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq qüvvələri hadisə yerinə cəlb olunub. Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir.
11:39
Bakıda güclü yanğın başlayıb.
Oxu.Az xəbər verir ki, hadisə Heydər Əliyev prospekti 133C ünvanında qeydə alınıb.
Məlumata görə, yanğın sözügedən ərazidə yerləşən boya sexlərindən birindədir. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub.
İlkin məlumata görə, xəsarət alan yoxdur.