Bakının Nərimanov rayonunda güllələnmə hadisəsinin təfərrüatı məlum olub.
Oxu.Az xəbər verir ki, Rasim Muxtarov küçəsi 43 ünvanında üç dost birlikdə yeyib-içdikdən sonra mübahisə ediblər.
1971-ci il təvəllüdlü Azər Orucovun ov tüfəngindən açdığı atəş nəticəsində 1993-cü il təvəllüdlü Sədiyev Ziyadxan Rafiq oğlu sol ayağından yaralanıb.
Cinayətdə iştirak edən Salyan rayon sakini R.Sadıqov saxlanılıb. Hadisənin digər iştirakçısı A.Orucov isə axtarılır.
Faktla bağlı araşdırma aparılır.