Yasamalda yaşayış binasında yanğın olub.
Oxu.Az APA-ya istinadən xəbər verir ki, hadisə Dadaş Bünyadzadə küçəsindəki, 11D saylı binada baş verib.
Hadisə yerinə FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürmə dəstələri, təcili yardım briqadaları və polis əməkdaşları cəlb edilib.
Binanın sakinləri təxliyyə ediliblər. Sakinlər bildiriblər ki, yanğından əvvəl partlayış səsi eşidiblər.
FHN-in Dövlət Yanğından Mühafizə Xidmətindən verilən məlumata görə, 12 mərtəbəli yaşayış binasının 6-cı mərtəbəsindən 12-ci mərtəbəsinə kimi şaxtadan keçən elektrik kabelləri 18 m və pilləkən qəfəslərində 72 ədəd elektrik sayğacı yanıb.
Yanğın zamanı yanğınsöndürənlər tərəfindən binanın 30 nəfər sakini təxliyyə edilib. Kabellərin qalan hissəsi və mənzillər yanğından mühafizə olunub. Yanğın saat 00:33-də yanğınsöndürənlər tərəfindən söndürülüb.