Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

Bakıda hotel və restoran sahibləri cəzalandırıldılar
Polis əməkdaşları tərəfindən digər dövlət qurumları ilə birgə ekoloji təhlükəsizlik qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə bəzi hotel və iaşə obyektinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Oxu.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.
Paytaxtın Suraxanı rayonu ərazisində keçirilən növbəti tədbir zamanı Zığ qəsəbəsində yerləşən bir hotelin ətrafında məişət tullantılarının qalaqlanması, Hövsan qəsəbəsində isə bir iaşə obyektində istismar müddətində ekoloji tələblərin pozulması aşkar olunub.
Həmin hotel və iaşə obyektinin sahibləri barəsində inzibati tənbeh tədbiri tətbiq edilib.
Nərimanov rayonu ərazisində keçirilən tədbir zamanı isə bir restoranda ətraf mühitə və insan sağlamlığına mənfi təsir göstərən vibrasiya və səs-küy çirklənməsi normalarının pozulması aşkar olunub. Ekoloji təhlükəsizlik haqqında qanunvericiliyin pozulmasına görə inzibati tənbeh tədbiri tətbiq edilib.
Bu istiqamətdə tədbirlər davam etdirilir.
"Daxili İşlər Nazirliyi (DİN)" teqi üzrə xəbərlər
- Bakıda dəhşətli qəzada xəsarət alanlardan ikisi evə buraxıldı
- Ötən gün vətəndaşların bank kartlarından 20 min manatdan çox pul oğurlanıb
- 75 yaşlı qadını öldürüb su quyusuna atdı - Tamah məqsədilə törədilən cinayətin DETALLARI
- DİN avtobus zolağına daxil olan sürücülərə XƏBƏRDARLIQ ETDİ
- Oğurladığı bank kartıyla alış-veriş edən şəxs saxlanılıb