Bakıda çoxmərtəbəli binada yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Oxu.Az-a verilən məlumata görə, yanğın Yasamal rayonunda çoxmərtəbəli yaşayış binasında baş verib.
Binanın birinci mərtəbəsindən 28-ci mərtəbəsinə qədər şaxtadan keçən elektrik kabeli və birinci mərtəbənin girişində 6 kv.m sahədə məişət tullantıları yanıb.
Yanğın zamanı binadan 20 nəfər sakin yanğınsöndürənlər tərəfindən təhlükəsiz yerə təxliyyə olunub.
Mənzillər yanğından mühafizə edilib.
Yanğın saat 06:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az