Ötən gecə Bakı şəhərində yol-nəqliyyat hadisəsi baş verib.
Oxu.Az xəbər verir ki, bununla bağlı videogörüntülər yayımlanıb.
Bakı Şəhəri Dövlət Yol Polisi İdarəsindən (BŞDYPİ) Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, hadisə ötən gecə saat 3:10-da paytaxtın Ziya Bünyadov prospektində qeydə alınıb.
"1977-ci il təvəllüdlü Vüqar Ramiz oğlu Mədətov idarəetməni itirərək, sürdüyü 99-VM-900 dövlət nömrə nişanlı "Toyota Land Cruiser" avtomobilini maneəyə çırpıb. Hadisə nəticəsində maşın aşsa da, xəsarət alan olmayıb. Avtomobilə ciddi ziyan dəyib. Faktla bağlı araşdırma aparılır", - deyə məlumatda bildirilib.
Əzizə İsmayılova