Bakıda iki avtomobil toqquşub.
Oxu.Az xəbər verir ki, səhər saatlarında paytaxtın Azadlıq prospekti ilə İnqilab küçəsinin kəsişməsində yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə zamanı “Hyundai” markalı avtomobil ilə “Lada” markalı avtomobil toqquşub.
İlkin məlumata görə, hadisə nəticəsində xəsarət alan olmasa da, hər iki nəqliyyat vasitəsinə ciddi maddi ziyan dəyib.