Bakıda iki avtomobil toqquşub.
Oxu.Az xəbər verir ki, hadisə Akademik Həsən Əliyev küçəsi və Azadlıq prospektlərinin kəsişməsində qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində nəqliyyatın hərəkətində qısamüddətli problem yaranıb. Hadisə yerinə aidiyyəti qurumlar cəlb edilib.
Qəza zamanı xəsarət alanlar barədə məlumat verilməyib.
Hadisənin səbəbləri araşdırılır.
