Bakıda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
“Report” xəbər verir ki, hadisə Xətai rayonunda qeydə alınıb.
İki avtomobilin toqquşması nəticəsində 1991-ci il təvəllüdlü Behbudov Rəşad Namiq oğlu xəsarət alıb.
Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona qapalı fəqərə sütununun travması diaqnozu qoyulub.
Hadisənin təfərrüatı araşdırılır.