Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bakıda iki dostun ölümü ilə nəticələnən kütləvi davanın TƏFƏRRÜATI
Xəbər verdiyimiz kimi, fevralın 18-də gecə saatlarında Bakının Nərimanov rayonu ərazisində kütləvi dava baş verib. Dava nəticəsində 1990-cı il təvəllüdlü Şahin Bayramov və 1992-ci il təvəllüdlü Fərid Əlirzayev aldıqları bıçaq xəsarətlərindən ölüblər.
“Qafqazinfo” davada qətlə yetirilən gənclərin fotolarını əldə edib.
Hadisənin başvermə səbəbinə gəlincə, Şahinlə Fərid restoranların birində bir qrup şəxslə mübahisə edib. Onlar mübahisəyə aydınlıq gətirmək üçün Təbriz küçəsinə gediblər. Daha sonra mübahisə dava ilə nəticələnib və qanla bitib. O da müəyyənləşib ki, qətlə yetirilən Fəridlə Şahin dost olublar.
Qeyd edək ki, faktla bağlı Cinayət Məcəlləsinin 120.2.7 (iki və ya daha çox şəxsi öldürmə) və 221.3-cü (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddələri ilə cinayət işi başlanıb. Nurani Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib. Təqsirli şəxslərin dairəsinin müəyyən edilərək məsuliyyətə cəlb olunmaları istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.
Rəylər