8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsində iki yol-nəqliyyat hadisəsi baş verib.
Bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Bildirilib ki, hazırda prospektdən mərkəz istiqamətində yolda sıxlıq yaranıb.
Sürücülərin rahat hərəkətini təmin etmək məqsədilə işlər aparılır.