Bu gün gecə saatlarında paytaxtda yanğın baş verib.
Oxu.Az Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, hadisə Nərimanov rayonunda qeydə alınıb.
Ümumi sahəsi 792 kv.m olan ikimərtəbəli mansard tipli 7 otaqlı evin 1-ci və 2-ci mərtəbəsində ev əşyaları yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 01:31-də yanğınsöndürənlər tərəfindən söndürülüb.
E.Ə.
www.oxu.az