Azərbaycanda ilk dəfə olaraq IMAX kinoteatrının açılışı bu ilin unudulmaz hadisələrindən biri olacaq.
Oxu.Az xəbər verir ki, artıq 11 dekabr tarixindən IMAX öz möhtəşəmliyi ilə seçilən “Flame Towers”-də qapılarını qonaqları üçün açacaq və Azərbaycanın film sənayesində yeni mərhələ başlayacaq.
Zaqafqaziya regionu üzrə ilk dəfə Azərbaycanda açılan bu kinoteatr yalnız böyük ekran, kristallik görüntü və güclü səs effekti ilə deyil, həm də ən son texnologiyası ilə film pərəstişkarlarını sevindirəcək.
IMAX-ın əsas xüsusiyyətlərindən olan böyük ekran, rəqəmsal səs sistemi və böyük 3D texnologiyası filmi daha real edir.
IMAX-ın nəhəng və kristallik görüntülü ekranı beş mərtəbəli bina hündürlüyündədir. IMAX zallarında oturacaqlarla ekran arasındakı məsafədən asılı olmayaraq, izləyicilər ekranın çərçivəsini hiss etməyəcək və nəticədə film, insanlarda daha real effekt yaradacaq. Siz özünüzü sevdiyiniz qəhrəmanların arasında hiss edəcəksiniz!
“Park Cinema” kinoteatrlar şəbəkəsinin direktoru Namiq Quliyevin də qeyd etdiyi kimi:
“Unikal texnologiya, nəhəng hündürlük və enə sahib olan IMAX ekranı film izləyənlərdə tam fərqli təəssüratlar yaşadacaq”.
Onu da qeyd etmək lazımdır ki, kristallik görüntü, nəhəng ekran, real 3D texnologiyası və mükəmməl səs akustikası sanki izləyicilərə reallığı hiss etdirir. IMAX texnologiyasında 3D daha real və inanılmazdır.
Hal-hazırda şirkət Kristofer Nolan, Ceyms Kameron, Maykl Bey, Tim Berton, Piter Cekson kimi aktyorlarla işləyir və bu da öz növbəsində bütün fraqmentləri IMAX kamerası ilə çəkməyə imkan verir.
Azərbaycanda isə IMAX kinoteatrının açılışı Piter Ceksonun “Xobbit” – “Beş ordunun döyüşü” filmi ilə başlayacaq. Azərkeşlər isə sevdiyi filmin son bölümünü digər kinoteatrlardan fərqli olaraq bir həftə əvvəl ilk dəfə IMAX formatında izləyə biləcəklər.
Bəs siz filmi yenidən kəşf etməyə hazırsınızmı? Çox az qaldı, tezliklə....!