Bakıda intihar etmək istəyən şəxs xilas edilib.
Oxu.Az xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, özünün yaşadığı binanın eyvanından atmaq istəyən Amil Vəzirov Fövqəladə Hallar Nazirliyinin və polis əməkdaşlarının birgə apardıqları tədbirlər nəticəsində fikrindən daşındırılıb.
Polisdən A.Vəzirovun ruhi xəstə olduğu bildirilib.
13:35
Bakıda 35 yaşlı kişi intihar məqsədi özünü çoxmərtəbəli binadan atmaq istəyir.
Oxu.Az xəbər verir ki, Xətai Rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə Məhəmməd Hadi küçəsi-21, mənzil-95 də qeydə alınıb.
Həmin ünvanda yaşayan 1979-cu il təvəllüdlü Amil Vəzirov özünü 9-cu mərtəbənin eyvanından atmağa cəhd edir.
Hadisə yerinə gələn Fövqəladə Hallar Nazirliyinin əməkdaşları A.Vəzirovu binadan düşürməsi istiqamətində iş aparır.