Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Bakıda iş adamı SAXLANILDI
Bakıda şirkətlərin birində icraçı direktor vəzifəsində çalışan şəxs saxlanılıb.
"Qaynarinfo"nun məlumatına görə, Cavid Vəliyevin (ad-soyad şərtidir) saxlanılmasına səbəb sevgilisini hədələməsi olub.
Belə ki, icraçı direktor vəzifəsində çalışan şəxs Ş.U. ilə 13 ildir qeyri-rəsmi münasibətdə olub. Amma qadın ondan ayrılmaq istəyib.
Təxminən bir il əvvəl qadın Cavidə ayrılmaq istədiyini deyib. Bu səbəbdən onun yaşadığı ünvana gedərək, Ş.U-nu döyərək xəsarət yetirib. Lakin qadın onu bağışlayıb və münasibətləri yenidən bərpa edilib.
Bir neçə gün əvvəl Ş.U. təqsirləndirilən şəxslə telefonla danışarkən yenidən ondan ayrılmaq istədiyini bildirib. Cavid Vəliyev zərərçəkmiş qadını hədələyib. Bu səbəbdən o, Nərimanov Rayon Polis İdarəsinin 16-cı Polis Şöbəsinə şikayət edib.
C.Vəliyev barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.
Məhkəmə iş adamını 50 manat cərimə edib.
"Nərimanov Rayon Polis İdarəsi" teqi üzrə xəbərlər
- Bakıda 38 min manatdan çox dələduzluqda şübhəli bilinən şəxs saxlanılıb
- Bakıda əməliyyat keçirilib, 11 kiloqram narkotik və doqquz ədəd odlu silah aşkarlanıb
- Vətəndaşları işə bərpa etmək, təqaüd düzəltmək vədi ilə aldadaraq dələduzluq edən şəxs saxlanılıb
- "TikTok"da 181 nəfəri aldadıb pullarını taladı: Rəsmi maaş da verirmiş
- Nərimanov rayonunda "Təmiz hava" aylığı ilə əlaqədar tədbir keçirilib